PARADOKS

AKTUAL

“Mançester Siti”yə transfer qadağası qoyulacaq? – Qərar açıqlandı

18-04-2018, 11:29
  •     
  • İdman |
  •  Oxunma: 76

“Mançester Siti”yə transfer qadağası qoyulacaq? – Qərar açıqlandı “Mançester Siti” transfer qadağasından canını son anda qurtarıb.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Velez Sarsfild” klubu ingilisləri məhkəməyə verib.

Argentina təmsilçisi “şəhərlilər”in 2016-cı ildə heyətə qatdıqları Benjamin Qarre transferində qanunsuzluğa yol verdiklərini iddia edib. “Velez Sarsfild” Premyer Liqa çempionunun adıçəkilən yarımmüdafiəçi ilə 16 yaşı tamam olmamış anlaşdığını İdman Arbitraj Məhkəməsi (CAS) bildirib.

Argentinalıların iddiası təmin olunacağı təqdirdə, “Mançester Siti” 2 dönəmlik transfer qadağasına məruz qalacaqdı. Lakin məsələni araşdıran CAS ingilislərin qeyri-qanuni yola əl atmadıqlarını və hansısa cəza tətbiq edilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, İtaliya vətəndaşlığı da olan Benjamin Qarre “Mançester Siti”yə 2016-cı il, iyulun 11-də, yəni 16 yaşı tamam olduğu gün “Velez Sarsfild”dən keçib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI