PARADOKS

AKTUAL

​Millimizdən möhtəşəm qələbə: Fransa məğlub edildi

3-02-2018, 04:07
  •     
  • İdman |
  •  Oxunma: 17

​Millimizdən möhtəşəm qələbə: Fransa məğlub edildi Bu gün futzal üzrə milli komandamız Avro-2018-in final mərhələsinin ilk qrup oyununa çıxıb.
Muxalifet.az-ın məlumatına görə, Joze Alesionun rəhbərlik etdiyi yığmamız Fransa ilə qarşılaşıb. Matç millimizin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra yığmamız ikinci görüşün nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb. Fransa yığması isə 2 oyuna 1 xal toplayıb. Millimiz növbəti matçda İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, qrupun ilk matçında - Fransa - İspaniya görüşündə heç-heçə (4:4) qeydə alınıb.
Azərbaycan - Fransa - 5:3
Qollar: Bolinya, 2.26 (1:0), Landri Nqala, 6.59 (1:1), Abdessamad Mohammed, 20.05 (1:2), Bolinya, 22.02 (2:2), 24.34 (3:2), Kardoso, 28.56 (4:2), Eduardo, 38.09 (5:2), S. Mouhoudine, 39:32 (5:3)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI