PARADOKS

AKTUAL

Hacı Əliyev dünya çempionu oldu – Rekord göstərici

26-08-2017, 00:37
  •     
  • İdman |
  •  Oxunma: 30

Hacı Əliyev dünya çempionu oldu – Rekord göstərici Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Ölkə.az bildirir ki, mundialda 61 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Hacı Əliyev ardıcıl olaraq bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib.

Finaladək güləşçimiz Qırğızıstan, Yaponiya, Slovakiya və Kubadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionu olub.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI