PARADOKS

AKTUAL

Türkiyə Superkubokunun keçiriləcəyi yer müəyyənləşib

6-07-2017, 14:30
  •     
  • İdman |
  •  Oxunma: 153

Türkiyə Superkubokunun keçiriləcəyi yer müəyyənləşib Türkiyə Superkubokunun yeri müəyyənləşib. Apasport.az-ın Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumatına görə, həlledici qarşılaşma Samsunda baş tutacaq.

TFF bir müddət əvvəl Superkubok matçının ölkə xaricində keçirilməsini planlaşdırırdı ki, variantlar arasında Bakı da var idi. Lakin son çempion “Beşiktaş”la ölkə kubokunun qalibi “Konyaspor”un Samsunda yeni inşa edilən stadionda üz-üzə gəlməsi qərara alınıb.

Superkubok avqustun 7-də baş tutacaq.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI