PARADOKS

AKTUAL

“Ulduz” fabrikinin keçirdiyi lotereyalar qanunsuzdur

7-08-2014, 20:08
  •     
  • Hadise, |
  •  Oxunma:

“Ulduz” fabrikinin keçirdiyi lotereyalar qanunsuzdur
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “Araz” və “Endi” supermarketlərində stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.


“Qafqazinfo” xəbər verir ki, komitədən APA-ya verilən məlumata görə “Veysəloğlu” MMC-nin tərkibində olan “Ulduz” şokolad fabriki də “Şanlı ev” kampaniyası adlı stimullaşdırıcı lotereyanı qeyri- qanuni keçirib. Buna görə də, QKDK “Veysəloğlu”nun keçirdiyi lotereyanın dayandırılması barəsində göstəriş verib.

QKDK hər üç lotereyanın qeyri-qanuni olduğunu bildirib və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edib.

Qeyd edək ki, QKDK “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI