PARADOKS

AKTUAL

Ucarda avtobus piyadanı vurub öldürdü - Video

22-02-2020, 05:43
  •     
  • Hadise |
  •  Oxunma: 40

Ucarda avtobus piyadanı vurub öldürdü - Video Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.

"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. /Report


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI