PARADOKS

AKTUAL

3 yaşlı uşaq 120 həbi uddu - Qaxda

12-02-2020, 20:29
  •     
  • Hadise |
  •  Oxunma: 29

3 yaşlı uşaq 120 həbi uddu - Qaxda Faktla bağlı araşdırma aparılır

Qaxda üç yaşlı uşaq 120 həb içib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib.

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI