PARADOKS

AKTUAL

Bərdədə azyaşlı qız dəm qazından öldü, anası xəstəxanalıq oldu

9-12-2019, 00:11
  •     
  • Hadise |
  •  Oxunma: 61

Bərdədə azyaşlı qız dəm qazından öldü, anası xəstəxanalıq oldu Bərdə rayonunun Təbriz küçəsində bədbəxt hadisə baş verib.

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 2013-cu il təvəllüdlü, rayon sakini Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Hadisə zamanı azyaşlı qızın anası Aynur Məmmədova zəhərlənərək rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI