PARADOKS

AKTUAL

Söyüş söyən mühacir damarlarını doğradı - YENİLƏND

1-12-2019, 23:34
  •     
  • Hadise |
  •  Oxunma: 25

Söyüş söyən mühacir damarlarını doğradı - YENİLƏND Bu gün Fransada intihara cəhd edən azərbaycanlı miqrant Rəfael Piriyev Parisdə yerləşən həbsxananın tibb məntəqəsinə yerləşdirilib.

Məlumata görə, sözügedən həbsxana Parisdə hava limanına yaxın ərazidə yerləşir.

Rəfael Piriyevin özünə xəsarət yetirməsi ilə əlaqədar onun deportasiyası müvəqqəti dayandırılıb.



***

17:10



Avropada miqrant həyatı yaşayan Rəfael Piriyev bu dəqiqələrdə intihara cəhd edib.



Pravda.az-ın xəbərinə görə, bu barədə Avropada yaşayan azərbaycanlılardan məlumat daxil olub.



Məlumata görə, hadisə bu gün Fransada baş verib. Belə ki, Rəfael Piriyev özünə bıçaqla xəsarətlər yetirib.



İlkin ehtimala görə, Rəfael Piriyev Azərbaycana deportasiya olunmamaq üçün bu addımı atıb.



Qeyd edək ki, Rəfael Piriyev Avropada Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərdən biridir.Demokrat.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI