PARADOKS

AKTUAL

Bakıda dəhşət: iki azyaşlı tüstüdən boğuldu

30-11-2019, 02:57
  •     
  • Hadise |
  •  Oxunma: 30

Bakıda dəhşət: iki azyaşlı tüstüdən boğuldu Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bakının Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub.

FHN xəbər verir ki, ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi iki azyaşlı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata əsasən, azyaşlılar yolda vəfat edib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI