PARADOKS

AKTUAL

SON DƏQİQƏ: Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan AVTOBUS YANDI

10-10-2019, 23:48
  •     
  • Hadise |
  •  Oxunma: 45

SON DƏQİQƏ: Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan AVTOBUS YANDI İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.

Redaktor.az-ın məlumatına görə, İranın Əhvaz rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlıq səbəb olub.

Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib.//Apa.az


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI