PARADOKS

AKTUAL

İcazəsiz müştərinin maşınını sürdü, qəza törədib öldü

12-07-2019, 09:49
  •     
  • Hadise |
  •  Oxunma: 136

İcazəsiz müştərinin maşınını sürdü, qəza törədib öldü Bakıda yol qəzası baş verib.
Bizimyol.info “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Bakmil” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi “Honda CRV” minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI