PARADOKS

AKTUAL

Azərbaycanlı sahibkar “Mercedes”lə təcili yardım maşınını vurub

9-07-2019, 21:58
  •     
  • Hadise |
  •  Oxunma: 109

Azərbaycanlı sahibkar “Mercedes”lə təcili yardım maşınını vurub Dünən axşam saat 10-da Rusiyanın Sankt-Peterburq şəhərində “Mercedes” markalı avtomobil təcili yardım maşını ilə toqquşub. İki tibb işçisi xəsarət alıb.
Virtualaz.org “Fontanka” nəşrinə istinadən xəbər verir ki, “Mercedes”in sükanı arxasında 25 yaşlı gənc olub. Mənbə bildirir ki, bu gənc yol polisi əməkdaşlarına yaxşı tanışdır. İlham Hacıyev özünün “Mercedes-Benz C250” avtomobili ilə dəfələrlə qaydaları pozub.

Azərbaycanda anadan olsa da, Hacıyev Rusiya vətəndaşıdır. Fərdi sahibkardır. Məlumatlara görə, pulunu pərakəndə meyvə-tərəvəz ticarətindən qazanır.

Jurnalistlər polis əməkdaşlarının təqdim etdiyi telefon nömrəsi ilə azərbaycanlı sahibkara zəng ediblər. Əvvəlcə o, dəstəyi götürüb və İlham Hacıyev olduğunu deyib, lakin zəng edənlərin qəza ilə bağlı maraqlandıqlarını eşidən kimi bildirib: “Ad və soyadımı düzgün demədiniz. Həmin maşın da mənim deyil. Mən bu barədə sizə hər hansı məlumat verməkdən imtina edirəm”.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI