PARADOKS

AKTUAL

İçki məclisində güllələnmə: Qonaqlardan biri öldü

26-06-2019, 08:02
  •     
  • Hadise |
  •  Oxunma: 44

İçki məclisində güllələnmə: Qonaqlardan biri öldü Mingəçevirdə içki məclisində qətl törədilib.
Oxu.Az xəbər verir ki, “Energetik” yaşayış massivində bir qrup şəxs arasında düşən dava ölümlə nəticələnib.

Qadınların da yer aldığı məclisdə şəxsiyyəti hələ müəyyənləşdirilməyən ev sahibi ilə qonaqlardan biri – Zülfüqar adlı şəxs arasında yaranan mübahisə münaqişəyə çevrilib.

Nəticədə ev sahibi döyülərək çoxsaylı xəsarətlər alıb. Bundan sonra o, silaha əl atıb. Bu zaman qonaqlar onun üstünə atılaraq silahı əlindən almağa çalışıblar. Qarışıqlıq vaxtı silahdan açılan atəş nəticəsində güllə “İncilli Akif” təxəllüslü şəxsə dəyib, o, hadisə yerindəcə ölüb.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI