PARADOKS

AKTUAL

Bakıda marketdə güclü yanğın, xəsarət alanlar var

21-05-2019, 00:33
  •     
  • Hadise |
  •  Oxunma: 107

Bakıda marketdə güclü yanğın, xəsarət alanlar var Bakının Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlər var.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib:

“Hadisə nəticəsində 4 nəfər hospitalizasiya edilib. İki qadın və bir kişi toksikologiya şöbəsinə, daha bir qadın isə qıcolma ilə 26 BŞX-ya yerləşdirilib. Bir neçə nəfərə yerində yardım göstərilib”.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, yanğın Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI