PARADOKS

AKTUAL

Təyyarə ilə Bakıya gəldilər - Avropaya qaçmaq istədilər (FOTOLAR)

4-05-2019, 18:08
  •     
  • Hadise |
  •  Oxunma: 103

Təyyarə ilə Bakıya gəldilər - Avropaya qaçmaq istədilər (FOTOLAR) Dövlət Sərhəd Xidməti (DSX) 6 Nepal vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar­şısını alıb.

Bu barədə Unikal.org-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mayın 3-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsu­var rayonunun Biləsuvar kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Nepal vətəndaşları 1987-ci il təvəllüdlü Gana Dil Bahadur, 1994-cü il təvəllüdlü Bhote Mimang, 1997-ci il təvəllüdlü Limbu Khim Shambhu, 2000-ci il təvəllüdlü Limbu Sachit, 1987-ci il təvəllüdlü Angdembe Rom Kumar və 1985-ci il təvəllüdlü Gurung Dinesh sərhəd pozucusu qismində saxlanılıblar.

Saxlanılan şəxslərin 22-25 aprel 2019-cu il tarixlərdə rəsmi qay­dada Qətərdən Doha-Bakı reysi ilə Azərbay­can Respubli­kasına gəlmələri müəyyən olunub. Araşdırma zamanı Nepal vətəndaş­ları dövlət sərhədini pozaraq İran İs­lam Respub­likasına, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI