PARADOKS

AKTUAL

23 yaşlı qız dəm qazından zəhərləndi

3-05-2019, 23:33
  •     
  • Hadise |
  •  Oxunma: 105

23 yaşlı qız dəm qazından zəhərləndi Sumqayıtda daha bir nəfər dəm qazından zəhərlənib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Seyidova Karına Adrikovna yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecə isə 2 yeniyetmə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI