PARADOKS

AKTUAL

5 məhbusun ölməsi ilə bağlı açıqlama: “Pulu olmayan məhkumlar müalicə oluna bilmir”

10-04-2019, 23:15
  •     
  • Hadise |
  •  Oxunma: 57

5 məhbusun ölməsi ilə bağlı açıqlama: “Pulu olmayan məhkumlar müalicə oluna bilmir” Son günlər ərzində Penitensiar Xidmətin müalicə müəssisəsində 5 məhbus xəstəlikdən ölüb.
Məsələ ilə bağlı Bizimyol.info -ya danışan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi, polkovnik Mehman Sadıqov bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi cavabdehdir:

“Məlumatın haradan əldə olunduğu məlum deyil. Lakin hər bir halda bununla bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxlamaq lazımdır”.

Mahman Sadıqov
Mahman Sadıqov
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin isə əlaqə nömrələri gün ərzində zənglərimizi cavablamadı.

Bizimyol.info-ya açıqlama verən Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov isə belə bir şeyin mümkünsüz olduğunu, informasiyanın isə həqiqətə uyğun olmadığını bildirdi:

“Belə bir şey mümkün deyil. Mən 30 illik təcrübəmə əsaslanıb deyirəm. Təcridxanalarda belə xəstəlikdən kütləvi ölüm halı yaşanmayıb. Həkimlərin hər biri Hippokrat andı içiblər, onlar heç bir zaman razı olmazlar ki, bir neçə günə 5 məhkum vəfat eləsin. Hətta nə qədər laqyid, işinə biganə yanaşan həkim də olsa, bunu etməz”.

Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı, NİDA Vətəndaş Hərəkatının fəali İlkin Rüstəmzadə Bizimyol.info-ya açıqlamasında cəzaçəkmə müəssisələrində ən çox vərəm xəstəliyinin yayıldığını bildirib:

İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
“Cəzaçəkmə müəssisəsində ən çox vərəm xəstəliyi yayılıb. Vərəm xəstəliyinin yayılması kifayət qədər ciddi problemdir. Lakin vərəmlə də çox ciddi mübarizə aparılır. Mənim həbsdə olduğum cəzaçəkmə müəssisəsində 300-ə yaxın hepatit xəstəsi, 70 nəfərə yaxın da QİÇS xəstəsi vardı. Onlar sadəcə olaraq, epidemik deyildi. Epidemik olan vərəm idi ki, ona qarşı da ciddi mübarizə aparılırdı.

Ümumilikdə isə Penitensiar xidmətin xəstəxanasında vəziyət və tibbi xidmət ürəkaçan deyildi. Orada pulu olmayan məhkumlar müalicə oluna bilmirdilər”


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI