PARADOKS

AKTUAL

Bakıda yataqxanada yanğın: Ölənlər və xəsarət alanlar var – Video

7-03-2019, 01:22
  •     
  • Hadise |
  •  Oxunma: 25

Bakıda yataqxanada yanğın: Ölənlər və xəsarət alanlar var – Video Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
Report-un verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Yataqxana sakinlərindən ikisi – Surxay Əliyev və Elza Əliyeva ölüb. Onların ər-arvad olduğu bildirilir.

Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI