PARADOKS

AKTUAL

Azərbaycanda ana və qızı faciəvi şəkildə öldü

4-03-2019, 14:36
  •     
  • Hadise |
  •  Oxunma: 18

Azərbaycanda ana və qızı faciəvi şəkildə öldü Ucarda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17.00 radələrində Bakı-Qazax magistral yolunun 228-ci kilometrində, yolun Ucar rayonun Küçəkənd kəndində keçən hissəsində qeydə alınıb.

“Hundai” markalı “99 LR 711” dövlət nömrə nişanlı minik maşını yolu keçən ana və qızını – Küçəkənd kənd sakinləri 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və 2014-cü il təvəllüdlü İsgəndərova Ayşən Xəyal qızını vurub. Hər iki şəxs aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI