PARADOKS

AKTUAL

Qaxda ağır yol qəzası: xanım müğənni öldü

8-02-2019, 21:15
  •     
  • Hadise |
  •  Oxunma: 44

Qaxda ağır yol qəzası: xanım müğənni öldü Qaxda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində meydana gəlib.

40 yaşlı Şəki sakini Polad Məmmədovun idarə etdiyi "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 38 yaşlı Mehriban Mustafayeva ölüb. Sürücü, Polad Məmmədov və avtomobilə olan digər iki sərnişin isə yüngül xəsarə alıblar.

Qeyd edək ki, mərhum Mehriban Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI