PARADOKS

AKTUAL

Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərildi

7-02-2019, 02:59
  •     
  • Hadise |
  •  Oxunma: 42

Azərbaycanda həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərildi Həbsxana rəisinə sui-qəsd ediləcəyi ilə bağlı məktub göndərilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb. Qurumdan bildirilib ki, sözügedən şəxs Qobustan qəsəbəsində yerləşən Penitensiar xidmətin həbsxanasının rəisi Aftandil Ağayevdir. Məlumata görə, bir qrup şəxs A.Ağayev və onun ailə üzvlərinin ünvanına hədə-qorxu və təhqirlər səsləndirir, hətta həbsxanaya A.Ağayevə qarşı sui-qəsd edəcəkləri barədə məktub göndəriblər.

Bununla əlaqədar Penitensiar xidmət araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edib.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI