PARADOKS

AKTUAL

Azərbaycanlı 7 uşaq atası Almaniyadan çıxarılmasına etiraz edərək damarlarını doğrayıb

5-02-2019, 21:30
  •     
  • Hadise |
  •  Oxunma: 17

Azərbaycanlı 7 uşaq atası Almaniyadan çıxarılmasına etiraz edərək damarlarını doğrayıb Ötən gecə 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb.

Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə, həmin ailələr səhər saat 7 radələrində yenidən öz yaşayış yerlərinə qaytarılıb. Hava limanına aparılanlar arasında xəstələr, ailə üzvlərindən biri və ya ikisi evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlar tərəfindən nəzərə alınmayıb. Deportasiyadan xilas olmaq üçün özünə xəsarət yetirənlər də olub.

Məlumata görə, 7 övladı olan Səbuhi adlı mühacir Azərbaycana dönməmək üçün damarlarını doğrayıb. O, hazırda ağır vəziyyətdə Kassel şəhər xəstəxanasında müalicə olunur.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI