PARADOKS

AKTUAL

Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü – Sumqayıtda faciə

12-01-2019, 10:38
  •     
  • Hadise |
  •  Oxunma: 159

Ana ilə 5 yaşlı oğlu dəm qazından öldü – Sumqayıtda faciə Sumqayıt şəhər Corat qəsəbəsində ana və oğlu dəm qazından boğulublar.

Kanal15.az Qafqazinfo.az -a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və oğlu, 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğlu yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerindədir.

Hər iki şəxsin meyiti Sumqayıt şəhər Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI