PARADOKS

AKTUAL

Azərbaycanda vəzi̇fəli̇ şəxsi̇n 31 yaşlı oğlu i̇nti̇har etdi̇ – ai̇ləsi̇ i̇lə bi̇rli̇kdə…

7-12-2018, 19:41
  •     
  • Hadise |
  •  Oxunma: 12

Azərbaycanda vəzi̇fəli̇ şəxsi̇n 31 yaşlı oğlu i̇nti̇har etdi̇ – ai̇ləsi̇ i̇lə bi̇rli̇kdə… Ötən gün Zərdab rayonunda baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

Sonxeber.az bildirir ki, A24.az-ın əldə etdiyi məlumata görə, dekabrın 5-də rayonun Yuxarı Seyidlər kəndində yaşadığı evin həyətindəki tikilidə özünü asaraq intihar edən kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Boris oğlu Abbasov həmin günü Bakıdan ailəsi ilə birlikdə kəndə gedib.

Günorta saatlarında kənddəki evinə çatan C.Abbasov valideynləri ilə görüşdükdən sonra yoxa çıxıb. Telefonuna zəng çatmadığını görən yaxınları onu axtarmağa başlayıb. Valideynləri axşam saatlarında onun meyitini həyətlərindəki tikilidə kəndirdən asılmış vəziyyətdə tapıblar.

Bir uşaq atası olan C.Abbasov Bakıda fəhlə işləyirmiş. Onun bir neçə ildir ki, həyat yoldaşı və uşağı ilə birlikdə paytaxtda yaşadığı bildirilir. Mərhumun atası Boris Abbasov Zərdab rayon Suvarma Sistemlər İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI