PARADOKS

AKTUAL

Bakıda dəhşət: Şagirdləri daşıyan avtobus aşdı, YARALILAR VAR/YENİLƏNİB

7-12-2018, 19:40
  •     
  • Hadise |
  •  Oxunma: 10

Bakıda dəhşət: Şagirdləri daşıyan avtobus aşdı, YARALILAR VAR/YENİLƏNİB Bu gün səhər saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

Sonxeber.az bildirir ki, "Qafqazinfo"ya məktəbdən daxil olan məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, ilkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

BŞTİ-dən onu da bildiriblər ki, aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

***

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, qəza nəticəsində 4 nəfər Təcili Tibbi Yardım Briqadası tərəfindən hadisə yerindən götürülüb. Onlardan ikisi şagirddir. Yaralıların vəziyyəti yaxşıdır, hazırda "Semaşko"da müalicə olunurlar.

Sabaha xəstəxanadan evə buraxılacaqları gözlənilir.

***

217 nömrəli tam orta məktəbdən "Qafqazinfo"ya bildirilib ki, avtobusda məktəbin iki şagirdi olub və hər ikisinin vəziyyəti ortadır:

"Qobudan gələn "Qazel" markalı mikroavtobus Hökməlidə aşıb. Nəticədə 4-cü sinif şagirdi Ramal Babayev 1 saylı Şəhər Klinik Xəstaxanasına, 8-ci sinif şagirdi Mehman Əsgərov isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hər ikisinə baş çəkmişik, vəziyyətləri ortadır".

***

Abşeron rayonunda məktəb avtobusu qəzaya düşüb.

Primetime.az-a daxil olan məlumata görə, səhər saatlarında uşaqları məktəbə aparan servis avtovusu qəzaya düşüb. 217 nömrəli orta məktəbin şagirdlərini məktəbə aparan zaman servis avtobusu idarəetməni itirərək yoldakı hasara çırpılıb.

Qəza zamanı 4 uşağın vəziyyəti ağırdır. Avtobus aşdığı üçün uşaqlar onun altında qalıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, uşaqlar hal-hazırda reanimasiyadadır, sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI