PARADOKS

AKTUAL

Ölkəyə qanunsuz yolla 125 telefon keçirmək istədilər

6-12-2018, 18:11
  •     
  • Hadise |
  •  Oxunma: 10

Ölkəyə qanunsuz yolla 125 telefon keçirmək istədilər Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 250D” markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb.

Komitədən bildirilib ki, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində bir ədəd “Samsung”, 56 ədəd “X-inova”, 28 ədəd “NYHN”, 21 ədəd “Kgtel” və 19 ədəd “Odscn” markalı mobil telefonlar aşkarlanıb.


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI