PARADOKS

AKTUAL

Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı

8-11-2018, 15:04
  •     
  • Hadise |
  •  Oxunma: 15

Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı Bakıda metroda qatarda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib:

"Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".

Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub.

B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur".


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI