PARADOKS

AKTUAL

Bakıda DƏHŞƏT: kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü

21-10-2018, 16:49
  •     
  • Hadise |
  •  Oxunma: 54

Bakıda DƏHŞƏT: kranla qaldırılan yük fəhlənin başına düşdü, yerindəcə öldü Bakıda dəhşətli ölüm hadisəsi baş verib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, Nizami rayonu Çobanzadə küçəsində "Buxar Mühəndislik” MMC-də yük kranı ilə qaldırılan yük təhlükəsizlik qaydalarının pozulması nəticəsində fəhlənin üstünə düşüb. Ağır xəsarət alan Məmmədrzayev Əzizağa Saatmirzə oğlu aldığı xəsarətlərdən vəfat edib.

Bildirilir ki, "MAZ 5335” markalı yük kranını Mətləb Orucov adlı şəxs idarə edib. Hadisə kranın kəmərinin düzgün bərkidilməməsi səbəbindən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI