PARADOKS

AKTUAL

Qadın həkimlərə qarşı dələduzluq edən menecerin məhkəməsində şahid ifadə verdi

11-10-2018, 13:39
  •     
  • Hadise |
  •  Oxunma: 72

Qadın həkimlərə qarşı dələduzluq edən menecerin məhkəməsində şahid ifadə verdi Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid İsayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Azərfarm” MMC. dərman şirkətində satış meneceri vəzifəsində çalışmış təqsirləndirilən şəxs depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəkləri vədi ilə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir.

Bizimyol.info xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Mikayıl Cəfərov ifadə verib.

O, Cahidin əldə etdiyi dərmanların onun evində saxlanılmasını belə izah edib ki, Cahid ona zəng edərək, satmaq üçün dərman gətirdiyini, saxlamağa yer olmadığını deyib. “ Xahiş elədi ki, mənim Badamdardakı evində saxlasın, gəlib götürəcək. Sonra belə bir iş olanda Cavidin qardaşı gəlib apardı”.

Məhkəmə iclası oktyabrın 16-da davam etdiriləxək

İttihama görə, Cahid İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. C.İsayev həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib.
Bu məqsədlə də qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə, 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyərək onları aldadıb.

Zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş C.İsayev saxlanılaraq istintaqa təqdim edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Məhkəmədə elan olunmuş ittiham üzrə Cahid İsayev özünü təqsirli bilmədiyini deyib.
Zərərçəkmiş Mehriban Məmmədova Bakıda uşaq xəstəxanalarının birində həkim işləyir. Tibbi ləvazimatların alınması üçün Cahid İsayevə 22 min manat pul verib.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI