PARADOKS

AKTUAL

“Ailə” TV-nin ofisinə basqına görə həbs edilənlər şikayət verdi

25-09-2018, 12:54
  •     
  • Hadise |
  •  Oxunma: 21

“Ailə” TV-nin ofisinə basqına görə həbs edilənlər şikayət verdi Bakı Apellyasiya Məhkəməsində “Ailə” TV-nin ofisinə basqın etməkdə təqsirləndirilən şəxslərin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov 8 il, Kamran Süleymanov 8 il, Rəşad Əhmədzadə 9 il, Orxan Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib, baxış iclası sentyabrın 28-nə təyin edilib.

Həmin şəxslər quldurluq, qanunsuz soyuq silah gəzdirmə qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə təqsirli biliniblər.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.
Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərazisində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Rəşad VAQİFOĞLU


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI