PARADOKS

AKTUAL

Azərbaycanda icazəsiz ov edən ərəblər tutuldu

13-09-2018, 13:15
  •     
  • Hadise |
  •  Oxunma: 92

Azərbaycanda icazəsiz ov edən ərəblər tutuldu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A. Almehemid, Nasser Saleh H. Alnuuayser, Fahad Sulaiman İ. Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI