PARADOKS

AKTUAL

Azərbaycanda bir maşının vurduğu piyadanı digəri 40 metr özü ilə sürüdü

13-09-2018, 13:05
  •     
  • Hadise |
  •  Oxunma: 23

Azərbaycanda bir maşının vurduğu piyadanı digəri 40 metr özü ilə sürüdü Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada “VAZ-21099” markalı avtomobil tərəfindən vurulub. Huşsuz vəziyyətdə yolun ortasında qalan piyadanı daha sonra “Mercedes” markalı avtomobil vurub və onu təxminən 40 metr özü ilə sürüyüb. Hələki kimliyi məlum olmayan piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI