PARADOKS

AKTUAL

Bakıda toy yasa döndü – 63 yaşlı kişi öldü

9-08-2018, 13:16
  •     
  • Hadise |
  •  Oxunma: 41

Bakıda toy yasa döndü – 63 yaşlı kişi öldü Paytaxtın Xəzər rayonunda yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

Report xəbər verir ki, 63 yaşlı Hüseynov Əlimirzə Əzizağa oğlu Bilgəh qəsəbəsində keçirilən toy mərasimində rəqs edən zaman halı pisləşərək yerə yıxılıb.

Toya qonaq qismində dəvət olunan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI