PARADOKS

AKTUAL

Nazirlik Bakıda əncir ağacını kəsən şəxsi cərimələdi

9-08-2018, 13:12
  •     
  • Hadise |
  •  Oxunma: 62

Nazirlik Bakıda əncir ağacını kəsən şəxsi cərimələdi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI