PARADOKS

AKTUAL

Salyanda dəhşətli yol qəzası: ölən və yaralanan var

8-08-2018, 13:50
  •     
  • Hadise |
  •  Oxunma: 89

Salyanda dəhşətli yol qəzası: ölən və yaralanan var Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan “Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. “Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI