PARADOKS

AKTUAL

Azərbaycanda “Ford” alışdı, sürücü içində köməksiz vəziyyətdə qaldı

19-06-2018, 12:56
  •     
  • Hadise |
  •  Oxunma: 103

Azərbaycanda “Ford” alışdı, sürücü içində köməksiz vəziyyətdə qaldı Bakıda ev, Goranboyda “Ford” markalı avtomobil yanıb.

Bizimyol.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² və ev əşyaları, digər otağın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində “Ford” markalı avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Yanğın zamanı avtomobildə köməksiz vəziyyətdə qalmış 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bizimyol.info


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI