PARADOKS

AKTUAL

Mingəçevirdə 8 yaşlı uşağa qarşı iyrənc hərəkət

19-06-2018, 12:49
  •     
  • Hadise |
  •  Oxunma: 118

Mingəçevirdə 8 yaşlı uşağa qarşı iyrənc hərəkət Azyaşlını zorlayan şəxs cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Sadıqov Ağaəli Qurban oğlunun məhkəmə prosesi iyun ayının 21-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, hadisə ötən ilin avqust ayında Mingəçevir şəhərində qeydə alınıb. Belə ki, 8 yaşlı oğlan narkotik aludəçisi olan şəxs tərəfindən zorlanıb.

Hadisə şəhərin M.Maqomayev prospektində yerləşən 73 saylı binanın zirzəmisində baş verib. Təqribən 38 yaşlarında olan Ağaəli Sadıqov 8 yaşlı qonşusunu aldadaraq zirzəmiyə aparıb və onu zorlayıb.
Hadisə şahidləri bu barədə zərərçəkənin yaxınlarına məlumat verdikdən sonra uşaq hər şeyi valideynlərinə danışıb.

Narkotik aludəçisi olan A.Sadıqov hadisə barədə başqalarının xəbər tutmasından sonra qaçıb gizlənməyə çalışıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Sadıqov saxlanılaraq istintaqa cəlb olunub.

İlkin araşdırmalar zamanı onun dəfələrlə azyaşlını cinsi istismara məruz qoyaraq zorladığı məlum olub.

Qeyd edək ki, A.Sadıqov həyat yoldaşından boşanıb və iki uşağı var.

olke.az


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI