PARADOKS

AKTUAL

Sel gəldi, kəndlə əlaqə kəsildi

13-06-2018, 12:20
  •     
  • Hadise |
  •  Oxunma: 71

Sel gəldi, kəndlə əlaqə kəsildi Qəbələdə güclü sel piyada və avtomobil körpüsünü yararsız hala salıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 11 iyun tarixində Qəbələ rayonunun Tikanlı və Bum kəndləri ərazisindən keçən “Bum” çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Hadisə yerinə Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq kömək göstərilib.

Əməliyyat başa çatıb.​


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI