PARADOKS

AKTUAL

İstifadəsiz tikilidə asılmış kişi meyiti tapıldı

12-06-2018, 12:55
  •     
  • Hadise |
  •  Oxunma: 69

İstifadəsiz tikilidə asılmış kişi meyiti tapıldı Bakıda intihar olub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə gün əvvəl rayon ərazisində yerləşən istifadəsiz tikilidə asılmış kişi meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində onun 1959-cu il təvəllüdlü Azər Əlisurət oğlu İsayev olduğu müəyyən edilib. İlkin məlumata görə, A. İsayev intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Paylaş:


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI