PARADOKS

AKTUAL

Bakıda minik avtomobili yük maşını ilə toqquşdu, ölənlər var

12-06-2018, 12:54
  •     
  • Hadise |
  •  Oxunma: 58

Bakıda minik avtomobili yük maşını ilə toqquşdu, ölənlər var Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş yol qəzası haqqında məlumat yayıb.

FHN-dən verilən məlumatda görə, Bakının Qaradağ rayonunda VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.Qəza nəticəsində 3 nəfərin öldüyü bildirilir.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI