PARADOKS

AKTUAL

Bakıda dəhşətli qəza: Bir ailənin üç üzvü öldü

12-06-2018, 12:46
  •     
  • Hadise |
  •  Oxunma: 54

Bakıda dəhşətli qəza: Bir ailənin üç üzvü öldü Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizimyol.info Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “Kamaz” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını avtomobilin üzərinə aşıb. Nəticədə “VAZ-2106”da olan bir ailənin üç üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI