PARADOKS

AKTUAL

Azərbaycanda qəbristanlıqda biabırçılıq… – Video

18-05-2018, 12:20
  •     
  • Hadise |
  •  Oxunma: 139

Azərbaycanda qəbristanlıqda biabırçılıq… – Video Bakıda qəbristandan oğurluq edilib.
Naməlum şəxs və ya şəxslər bahalı materialdan olan başdaşlarındakı heykəlləri oğurlayıblar. Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbristanında baş verib.

Bir gecədə iki qəbristan qarət edilib.

Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbristanında baş verib. Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Məlum olub ki, bu, qəbristanda ilk hadisə olmayıb. Orda digər məzarlara da hörmətsizlik edilib.

Qeyd edək ki, cinayətkarlar Nadir Əliyevin və İsgəndər Cəfərovun mərmərdən olan heykəllərini kəsib oğurlayıblar. Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır. Ərazidə çəkiliş apardığımız zaman müəyyən etdik ki, qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Qəbristanda təmizlik işləri ilə məşğul olan qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa sökərək oğurlayırlar.

Belə hadisələrin baş verməsini məzarlığın işçiləri ilə yanaşı, şəhər sakinləri də pisləyirlər.

Baş verən hadisə qəbristanın təhlükəsizliyini də gündəmə gətirir. Qəbristanın nəzarətçisini tapa bilməsək də, təmizlik işçiləri bildirdilər ki, onların iş vaxtı səhər saat 8-dən axşam saat 6-ya qədərdir. Onlar bu müddət ərzində qəbristanda gəzib nəzarət edirlər. Ehtimal edilir ki, bu çirkin əməllər gecə saatlarında törədilir. Hər halda fakt polis tərəfindən araşdırılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI