PARADOKS

AKTUAL

Yanğında ölənlərdən biri həkim olub

3-03-2018, 15:48
  •     
  • Hadise |
  •  Oxunma: 66

Yanğında ölənlərdən biri həkim olub Martın 2-də Narkoloji Dispanserdə baş verən yanğın zamanı ölənlərin əksəriyyətinin kimliyi artıq müəyyənləşib.

Oxu.Az-ın məlumatına görə, həmin şəxslərdən biri dispanserdə müalicə alan və əvvəl stomatoloq işləmiş Azər Sadəddinovdur.

Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:

“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.

Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI