PARADOKS

AKTUAL

Bakı metrosunda İNTİHARA CƏHD: yaşlı kişi özünü qatarın altına atdı (YENİLƏNDİ)

12-01-2018, 12:09
  •     
  • Hadise |
  •  Oxunma: 120

Bakı metrosunda İNTİHARA CƏHD: yaşlı kişi özünü qatarın altına atdı (YENİLƏNDİ) "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 09:18 radələrində "Qara Qarayev" metrostansiyasında baş verib.
"Həzi Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib. Qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib.
Qurumun sözçüsü bildirib ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
***
Bakı Metropolitenində intihara cəhd qeydə alınıb.
Hadisə metronun "Qara Qarayev" stansiyasında baş verib. Saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.
Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.
İntihara cəhd edən şəxsin kimliyi məlum deyil. (trend)


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI