PARADOKS

AKTUAL

​DYP rəisi piyada zolağında gənc qızın üzərindən keçdi - GƏNCƏDƏ

17-12-2017, 20:58
  •     
  • Hadise |
  •  Oxunma: 3033

​DYP rəisi piyada zolağında gənc qızın üzərindən keçdi - GƏNCƏDƏ Gəncə şəhər Dövlət Yol Polisi idarəsinin rəisi Rəhim Zalov idarə etdiyi avtomobillə qəza törədib. Hurriyyet.org-a verilən məlumata əsasən, hadisə Gəncə şəhər Heydər Əliyev prospektində, Mərkəzi Univermağın qarşısındakı işıqforda baş verib.
Məlumata əsasən, polis rəisi R.Zalov qaydaları kobud şəkildə pozaraq, idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib. Bu zaman piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib.
Hadisə şahidlərinin verdiyi məlumata əsasən, qəzadan dərhal sonra Rəhim Zalov qızı qucağına alaraq avtomobilə qoyub və 3 saylı şəhər xəstəxanasına aparıb.
Mövzu ilə bağlı oxucularımıza əlavə məlumat verməyə çalışacağıq.

Hurriyyet.org


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI