PARADOKS

AKTUAL

Şamaxıda avtomobil piyadaları vurdu

13-11-2017, 03:30
  •     
  • Hadise |
  •  Oxunma: 7

Şamaxıda avtomobil piyadaları vurdu Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı avtomobil vurub.
Muxalifet.az "Report"a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.
Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.
Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.
Faktla bağlı araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI