PARADOKS

AKTUAL

Partlayışdan sonra bəzi evlər yanıb - ölən və yaralananlar barədə məlumat yoxdur

27-08-2017, 09:41
  •     
  • Hadise |
  •  Oxunma: 54

Partlayışdan sonra bəzi evlər yanıb - ölən və yaralananlar barədə məlumat yoxdur Hərbi hissədə silah anbarında baş vermiş partlayışla əlaqədar təhlükəsizlik məqsədilə əhalinin evakuasiyası davam edir.

Unikal.org xəbər verir ki, Xızı rayonunun yerli icra hakimiyyəti orqanlarından apa-ya bildirilib ki, yerli əhali arasında ölən və yaralananlar barədə məlumat yoxdur.

Silah anbarında partlayış nəticəsində uçuşan mərmilər ətrafa yayılıb.

Mərmilərin düşməsi nəticəsində Güləzi qəsəbəsində bir neçə evdə yanğın baş verib. Yanğınsöndürənlər yanğının söndürülməsi üçün tədbirlər görür.

Mərmilərin düşməsi nəticəsində Xızı və Siyəzən rayonlarının bəzi boş ərazilərində də bir neçə yerdə yanğın olub.

Yanğınların qarşısı alınır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI