PARADOKS

AKTUAL

Azərbaycanda avtobus aşıb – yaralılar var

17-07-2017, 08:30
  •     
  • Hadise |
  •  Oxunma: 210

Azərbaycanda avtobus aşıb – yaralılar var Ötən gün axşam saatlarında Siyəzən- Məşrif yolunda yol qəzası qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 7-ci km-də qeydə alınıb.

Siyəzən rayon sakini Ceyhun Ağayevin idarə etdiyi, 50 BN 668 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda yaranan texniki problem nəticəsində maşın yoldan çıxaraq aşıb.

Siyəzən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, qəza nəticəsində maşında olan sərnişinlərdən 3 nəfər ciddi xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxslər Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Cavid Əzimov, 1981-ci il təvəllüdlü Feyruz Balabəyov və 1982-ci il təvəllüdlü Elçin Balabəyovdur. Hər üç şəxsin müalicəsi stasionar qaydada davam etdirilir.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.
Sosial səhifələrdə paylaş


Xəbər Lenti

SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI