PARADOKS

AKTUAL

Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı: ölən var

15-07-2017, 08:18
  •     
  • Hadise |
  •  Oxunma: 519

Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı: ölən var Bakıda marşrut avtobusu ağır qəza törədib. Lent.az xəbər verir ki, saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


SOSYAL MEDYADA BİZİ İZLƏYİN

YUXARI